DünyaXƏBƏRLƏR

İngiltərə Parlamenti Suriyaya hərbi hücumla müxalifət edib

İngiltərənin Aşağı Palatası cümə axşamı günü gecə bu ölkənin baş naziri Deyvid Kameron hökumətinin Dəməşqin kimyəvi silahdan istifadə etməsi bəhanəsi ilə Suriyaya qarşı hərbi hücum üzrə layihəsini rədd etdi.

Kameron İngiltərənin Aşağı Palatasının Suriyaya qarşı hücumla müxalifət etməsindən sonra deyib: məlumdur ki, parlament İngiltərənin hərbi müdaxilə etməsini istəmir və hökumət də parlamentin istəyinə əsasən rəftar edəcək və onun istəyinə hörmət edəcəkdir.

Suriyaya qarşı hərbi hücum layihəsi İngiltərənin Aşağı Palatasının 285 üzvünün mənfi rəyi və 272 üzvünün mübtə səsi ilə rədd edildi.

Suriya prezidenti Bəşşar Əsəd də Suriyanın hər cür hərbi hücum qarşısında özünü müdafiə edəcəyini bildirdi.

İngiltərə Parlamentinin hökumətin Suriyaya qarşı hərbi müdaxilə üzrə təklifi ilə müxalifət etməsindən sonra Britaniyanın müdafiə naziri Filip Hamond da İngiltərənin Suriyaya qarşı heç bir hərbi hərəkətdə iştirak etməyəcəyinə təkid etdi.

İngiltərənin müdafiə naziri eyni halda Suriyaya qarşı hərbi hərəkətin İngiltərənin iştirakı olmadan həyata keçiriləcəyini proqnoz etdi.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu