DünyaSuriyaXƏBƏRLƏR

Dünya ölkələrində müharibə əleyhinə aksiyalar

Dünyanın müxtəlif ölkələrində Qərbin Suriyaya qarşı müharibə planı əleyhinə aksiyalar keçirilir.

Amerikada müharibə əleyhdarları Vaşinqton, Los Angeles və Çikaqoda aksiyalar təşkil ediblər.

Nyu-Yorkun Tayms meydanında aksiya iştirakçıları ABŞ hökumətinin militarist siyasətləri əleyhinə şüarlar veriblər.

Aksiya iştirakçıları Ağ Evin Suriyada Əsəd hökumətinin kimyəvi silahdan istifadə etməsi ilə bağlı heç bir dəlil və sübut təqdim etmədiyini bildiriblər.

Yunanıstanda da minlərlə nəfər Afinada ABŞ səfirliyinə doğru yürüş edərək, Qərbin Suriyaya qarşı hərbi əməliyyatları ilə müxalifət edib. Onlar, Qərbin imperialist siyasətləri ilə müxalif olduqlarını bildiriblər.

Türkiyədə də müharibə əleyhdarları Adanada ABŞ konsulluğu önündə aksiya keçirərək, ABŞ-ın Suriyaya qarşı hərbi hücumla bağlı təhdidlərini pisləyiblər.

Venesuela da ABŞ-ın militarist siyasətləri və Suriyaya hərbi müdaxilə ilə bağlı qərarı əleyhinə oxşar aksiyaların şahidi olub.
Bəşşar Əsədin tərəfdarlarından olan bir qrup sülhsevər də Parisdə aksiya keçirərək, Qərbin Suriyaya hərbi müdaxiləsinə qarşı çıxıb.

İngiltərədə də minlərlə nəfər Londonun militarist siyasətlərinə etiraz olaraq aksiya keçiriblər

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu