İngiltərə Dostluq Parlament Cəmiyyətinin sədri İngiltərənin parlament heyətinin Tehrana səfərinin qətiləşdiyini bildirib. Abbasəli Mənsuri Arani
Çərşənbə axşamı yanvarın 17-də İngiltərənin parlament nümayəndə heyəti Tehrana səfər edecək. Bu heyətə Cək Strav başçılıq edəcək. Həmçinin nəzərdə tutulan bu səfərin proqramları qətiləşməkdədir.
Mənsuri Araninin sözlərinə görə İngiltərə parlament nümayəndə heyətinin görüş proqramları qarşı tərəflə yekunlaşmalı və razılığa gəldikdən sonra rəsmən elan edilməlidir.
O əlavə olaraq deyib: Sözü gedən heyətin səfər proqramlarında İran –İngiltərə dostluq parlament cəmiyyətinin müştərək tədbiri, İran parlamentinin sədri Əli Laricani və İİR Şurası məclisinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri Əlaəddin Burucerdi ilə görüşləri nəzərdə tutulub.