AsyaAvropaDünyaİranXƏBƏRLƏR

İngiltərə parlament heyəti Zərif ilə görüşüb

İran xarici işlər naziri bəzi xarici tərəflərin İrana qarşı sanksiyaların təsirli olduğunu düşünmələrini yanlışlıq adlandıraraq deib: İran İslam Respublikası təzyiqlər qarşısında mövqeyindən geri dönmədiyini dəfələrlə sübuta yetirib.

Ötən gecə (çərşənbə axşamı 7 yanvar) İngiltərə heyətinin başçısı Cək Strav və İngiltərə parlamentindəki İran və İngiltərə parlamentlərarası əlaqə qrupunun üzvləri ilə çıxışında, İran ilə qərb arasında etimadsızlıq divarının olduğunu deyən Zərif açıqlayıb: Anlaşma əldə etmək üçün tərəflər arasında qarşılıqlı etimadın yardılması vacibdir.
Məhəmməd Cavad Zərif İranın nüvə məsələsində anlaşmanın əldə edilmsinin daha asan olduğunu deyərək açıqlayıb: İsalm İnqilabının Böyük Rəhbərinin nüvə silahının haram olduğu barədə fitvası, həm dini baxımdan əhəmiyyətlidir və həm də strategiya baxımından önəm daşıyıar zira nüvə silahının İranın hərbi doktrinasında yeri yoxdur.
İran xarici işlər naziri bu görüşdə parlamentlərarası heyətlərin iki ölkə əlaqələrində rolunu mühüm dəyərləndirərək ümidvarlıq edib ki, İngiltərə parlament heyətinin İran səfəri iki ölkənin mənafeyi əsasında əlaqələrin genişlənməsinə xidmət etsin.
Bu görüşdə Cək Strav və İngiltərə parlamentində İran və İngiltərə parlamentlərarası əlaqələrin üzvləri isə ikitərəfli əlaqələr, nüvə məsələsi, regional dəyişikliklər və İran İslam Respublikası ilə Avrpa Liqası əlaqələri haqda fikirlərini açıqlayıblar.
Cək Strav çıxışının bir hissəsində İngiltərə ilə İran əlaqələrinin hazırkı vəziyyətinə toxunaraq, iki ölkə münasibətlərinin dahada konstruktivləşməsi üçün artıq səylərin göstərilməsi üzərində təkid edib.
İngiltgərə heyətinin digər üzvləri də, müxtəlif məsələlər ilə bağlı iki ölkə arasında dialoq və məsləhətləşmələrin davam etməsini vurğulayıblar.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu