
ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi MKİ-nin sabiq bir təhlilçisi Press TV-nin Amerika bölməsinə müsahibədə deyib: Suriyada terrorçuları dəstəkləməklə eyni zamanda əl-Qaidə ilə mübarizə aparan İraqda “terrorizmlə mübarizə xidməti”nə dəstəyi artırmaq ABŞ üçün utandırıcıdır.
Əl-Qaidənin Suriyada “Əl-Nəsrə Cəbhəsi” ilə yaxın əlaqəyə malik olduğunu deyən David Mak Mixail söyləyib: Ötən il ABŞ Dövlət Departamenti Suriyadakı “Əl-Nəsrə Cəbhəsi” qruplaşmasını bir terrorçu qruplaşma kimi tanıdı. Hazırda ABŞ üçün utandırıcıdır ki, açıq-aşkar və diplomatik yolla Suriyada Bəşşar Əsədə müxalif qüvvələri himayə və onları gizli şəkildə təchizatlarla təmin edir.
Bu təhlilçi əlavə edib: Son proseslər zahirdə ABŞ qüvvələrinin 2012-ci ildə İraqı tərk etmələrinə baxmayaraq, naməlum sayda amerikalı xüsusi hərbçinin terrorizmlə mübarizə xidmətinin birbaşa və gizli dəstəyi altında bu ölkədə yerləşdirildiyini ifşa etdi.
Mak Mixail əlavə edib: MKİ dəlicəsinə İraqda yaraqlı bir rolu qorumaq ardıncadır.
Obama hökuməti fevral ayının sonlarında bildirib ki, Suriya hökumətinə qarşı fəal yaraqlılara əlavə 60 milyon dollar yardım edəcək.