DünyaXƏBƏRLƏR

Beyrutda güclü partlayış; 53 nəfər yaralanıb

Livanın əl-Minar telekanalının məlumatına görə, Livanın səhiyyə naziri Beyrutun cənubunda baş vermiş partlayışda 53 nəfərin yaralandığını bildirib.

Partlayış İslami Əməkdaşlıq Ticarət Mərkəzinin yaxınlığındakı avtomobil parkında bomba quraşdırılmış bir avtomobilin partladılması nəticəsində baş verib.
Livanın dövlət televiziyasının hadisə yerindən yayımladığı təsvirlərdə isə partlayış nəticəsində çoxlu sayda avtomobilin yandığı görünür.
Beyrutun cənub hissəsinin sakinləri bu partlayışın ardınca aksiya keçiriblər.
Aksiya iştirakçılarından bir neçəsi hisslərinə hakim ola bilməyərək, hadisə yerinə baxış keçirmək istəyən daxili işlər naziri Mərvan Şərbilə hücum ediblər.
Bu məlumata görə, partlayışda müqəssir bilinən bir şəxs bu gün səhər Beyrutun cənubunda həbs edilib. Bu şəxs Livan vətəndaşı deyil.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu