Beyrutun cənubunda bomba quraşdırılmış bir avtomobilin partlaması nəticəsində 7 nəfər həlak olub, 70-dən çox adam da yaralanıb.
Bu partlayış cümə axşamı günü Beyrutun cənubunda Hare Hərik məntəqəsində baş verib.
Livan Hizbullahına bağlı əl-Minar telekanalı bu terror aktının bir yaşayış məntəqəsində və əhalinin izdihamlı olduğu bir məkanda, Livan Hizbullahının Siyasi Bürosundan 150-200 metr aralıda baş verdiyini bildirib.
Livanın paytaxtı ötən aylar ərzində ardıcıl olaraq oxşar terror aktlarının şahidi olub.