AsyaDünyaLivanXƏBƏRLƏR

Sionist rejim Livan və Suriyanın hava məkanına təcavüz edib

Sionist rejimin hərbi təyyarələri Livan və Suriyanın hava hüdudlarına təcavüz ediblər.

Livanın Əl-Minar telekanalı bir məlumatda qeyd edib : Sionist rejimin hərbi təyyarələri Livanın ” Boqa ” bölgəsinin hava məkanında uçuş əməliyyatları həyata keçirərək bu ölkənin hava hüdudlarına təcavüz ediblər.
Sionist rejimin hərbi təyyarələri habelə aşağı hündürlüklərdə uçuş əməliyyatları keçirib və Livanın şərqində ” Bəlbək ” şəhərinin hava zonasının üzərində bir neçə balon buraxıblar. Bu təyyarələr həmçinin sərhədlərdə Suriyanın hava hüdudlarını pozaraq, missiyalarını başa vurduqdan sonra Tələvivə dönüblər.
Livanın xarici işlər naziri ” Ədnan Mənsur ” İsrail rejiminin casusluq fəaliyyətlərinə etiraz olaraq ötən çərşənbə günü BMT-nin baş katibi Ban Ki Mona ünvanladığı şikayət ərizəsində Tələvivin casusluq fəaliyyətlərinə etirazını bildirmişdir.
Sionist rejimin hərbi təyyarələrinin Livan və Suriya sərhədlərində uçuş əməliyyatları keçirməsi göstərir ki, bu qeyri-legitim rejim müqavimətə qarşı fitnə xarakterli siyasətlərini qarşıya məqsəd qoyub .
Bu rejim Yaxın Şərq hövzəsində digər bir müharibə odunun alovlandırılmasına zəmin yaratmağa çalışır.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu