Terrorçular 200 Suriya kürd vətəndaşını oğurlayıblar
İnsan Haqları Gözətçisi Təşkilatı Suriyanın şimalında 200 kürd vətəndaşın terrorçular tərəfindən oğurlandığını bildirib. İnsan Haqları Gözətçisi Təşkilatı bildirib ki, əl-Qaidə qruplaşmasına bağlı terrorçular Suriyanın şimalında 200 kürd vətəndaşı oğurlayıblar. Terrorçular və üsyançılar Suriya kürdlərini hökumətlə əlaqədə olmaqda ittiham edirlər.
