Dünya
Yəmən Sanaada 600 əsirin birtərəfli qaydada azad edildiyini rəsmi açıqladı
Yəməndə Əsirlər İşləri üzrə Milli Komitə Sanaada 600 əsirin Beynəlxalq Qızıl Xaç Komitəsinin iştirakı ilə birtərəfli qaydada azad edildiyini açıqlayıb. Komitə əvvəlki təşəbbüslər çərçivəsində 2 min 612 əsirin azad edildiyini bildirib.
