AzərbaycanXƏBƏRLƏR
Qan içən rejimin başçısı Azərbaycanın anti İran siyasətini alqışlayıb
Sionist rejimin başçısı Azərbaycan Respublikası hökumətinin anti İran siyasətini alqışlayıb.
FaktXeber saytının ABŞ-ın “Washinqtonpost” qəzetinə istinadən verdiyi məlumata görə, İsrailə səfər edən Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bu rejimin prezidenti Şimon Pereslə görüşüb.
Görüş zamanı Prezident Peres Azərbaycanın hazırkı hökumətinin İrana qarşı yürütdüyü siyasətləri müsbət dəyərləndirərək, təqdir edib. O, rəsmi Bakının İranın Yaxın Şərqdəki siyasətlərini əngəlləməkdə əsas rola malik olduğunu bildirib.
Xatırladaq ki, Azərbaycan xarici işlər naziri ilk dəfədir ki, İsrail rejiminə səfər edib.
