DünyaXƏBƏRLƏR

BMT baş katibi İran xalqı və prezidentini təbrik edib

BMT-nin baş katibi- Ban Ki Mun bir bəyanat yayıb, xalqın İran prezident seçkilərində geniş və şövqlü iştirakını rəğbətlə qarşılayaraq, doktor Həsən Ruhaninin prezident seçkilərində qalib gəlməsini təbrik edib.

BMT baş katibinin bəyanatında deyilir: BMT baş katibi iyunun 14-də keçirilən 11-ci İran prezident seçkilərinin keçirilmə tərzini yaxından izləyirdi və xalqın bu seçkilərdəki geniş iştirakından razıdır.
Bəyantda əlavə edilir: Ban Ki Mun səmimi qəlbdən bu seçkilərin qalibi olmuş cənab Həsən Ruhanini təbrik edir. Bəynatda həmçinin vurğulanıb ki, BMT baş katibi müxtəlif beynəlxalq məsələlər sahəsində İranın rəsmiləri və seçilmiş prezidenti ilə həmkarlıq və söhbət etmək istəyir və İran xalqına uğur diləyir. O, habelə İranın seçilmiş prezidentindən istəyibdir ki, regional və qlobal məsələlərdə səmərəli rol oynasın.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu