BMT-nin baş katibi Ban Ki Mun dünyada Novruz bayramını qeyd edən insanları təbrik edib.
APA-nın xəbərinə görə, BMT baş katibinin təbrikində deyilir ki, Novruz tolerantlıq, qarşılıqlı hörmət və anlayış əsasında sülhün əldə olunmasının vacibliyini xatırladan bir gündür; “Novruz elə bir andır ki, Qərbi, Mərkəzi, Cənubi Asiya və digər bölgələrdən olan insanlar 3 min ildən çoxdur bir yerə toplaşır və baharın ilk gününü qeyd edir”.
Qeyd edək ki, Novruz bayramı 2009-cu ildə UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına salınıb.
Novruz bayramı İran İslam Respublikasından əlavə, Azərbaycan R-ı, Tacikistan, Əfqanıstan, Türkiyə, Türkmənistan kimi ölkələrdə də qeyd olunur.