Ukrayna Xarici İşlər Nazirliyinə dəvət olunan Ermənistan səfiri Andranik Manukyana etiraz notası təqdim olunub.
“Qafqazinfo” Ermənistan KİV-nə istinadən xəbər verir ki, etiraza səbəb isə Ermənistanın Krımın Rusiyaya birləşdirilməsini dəstəkləməsi olub. Ukrayna xarici işlər nazirinin müavini səfirə bununla bağlı narahatlığını çatdırıb və Ermənistanı rəsmi qaydada ictimaiyyətə Krımın birləşdirilməsini tanımadığını etiraf etməyə çağırıb. O bildirib ki, əks halda isə Ermənistanın sərgilədiyi mövqe ikitərəfli münasibətlərə mənfi təsir göstərəcək.