Ukrayna Xarici İşlər Nazirliyi cümə axşamı günü bir bəyanat yayaraq , bildirib ki , Ukrayna cəmiyyəti və məntəqələrinin nümayəndələri və bütün siyasi qüvvələri iştirakı ilə milli danışıqların başlanması bu ölkə Hökumətinin proqramlarının önündə dayanar.
Bu bəyanatda deyilir : Ukraynadakı vəziyyətin dinc həlli barədə beynəlxalq danışıqlar bu ölkənin iştirakı olmadan mənasız və qəbuledilməzdir .
Ukrayna Xarici İşlər Nazirliyinin bəyanatında həmçinin ATƏT- in çəkişmələrin aradan qaldırılması sahəsindəki rolu mühüm dəyərləndirilib və rəğbətlə qarşılanıb .
Ukraynanın şərqindəki çaxnaşmalar son günlərdə şiddətlənibdir .
Ukraynanın Şərqi və cənubunda bu ölkənin ordusu və təhlükəsizlik qüvvələrinin əməliyyatlarının başlanması Rusiyanın kəskin tənqid və müxalifət ilə üzləşib .
Ukraynanın şərqində son qanlı toqquşmalar gedişində İndiyədək yüzlərlə nəfər ölüb və yaralanıb.