DünyaXƏBƏRLƏR

BMT-də Beynəlxalq Novruz günü qey olundu

Nyu-Yorkda İranın Birləşmiş Millətlər Təşkilatındakı daimi nümayəndəliyinin koordinasiyası və idarəçiliyi ilə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında BMT-nin baş katibi habelə 11 Novruz hövzəsi ölkəsinin əməkdaşlığı “ Beynəlxalq Novruz Günü” şənlik mərasimi keçirildi.

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 1388-ci hicri şəmsi ilinin isfənd ayı, 2010-cu ilin mart ayında “Beynəlxalq Novruz Günü” adlı bir qətnamə təsdiq edib, bu təşkilatın tarixində ilk dəfə olaraq, İranın Novruz Bayramını beynəlxalq bir gün və adət-ənənə kimi rəsmən tanıdı.

BMT-nin Baş Assambleyasında qeyd edilən qətnamənin təsdiq edilməsinin 3-cü ildönümü günündə Birləşmiş Millətlər Təşkilatında bir iclas təşkil edildi. Bu iclas İran İslam Respublikasının ev sahibliyi ilə habelə Əfqanıstan, Azərbaycan Respublikası, Hindistan, İraq, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan , Türkiyə , Türkmənistan və Özbəkistan nümayəndələrinin, BMT-nin yüksək səviyyəli rəsmilərinin bir çoxunun, BMT-də olan diplomatların, ziyalıların, universitet şəxsiyyətləri habelə Beynəlxalq və həmçinin Amerika medialarının nümayəndələrinin iştirakı ilə Birləşmiş Millətlər Təşkilatında keçirildi.

İran İslam Respublikasının Birləşmiş Millətlər Təşkilatındakı səfiri və daimi nümayəndəsi Məhəmməd Xəzayi Nyu-Yorkda keçirilən bu iclasda çıxışı zamanı İran xalqı tərəfindən, bəşəriyyət tarixi və sivilizasiyasında neçə minillik kökə malik olan Novruz Bayramı habelə yeni hicri şəmsi ilinin gəlib çatması münasibəti ilə hamını təbrik etdi.

İran ölkəsi və İslam dininin dəyərli ənənəsi olan Novruzun xüsusiyyətlərini şərh edən İranın BMT-dəki səfiri və daimi nümayəndəsi sonra deyib: “ Novruz , insanlar arasında eşqin, sülhün, əməkdaşlığın və bağışlamanın yenilənməsi məzmununa malik olan bir gün və adət-ənənədir”.

Xəzayinin sözlərinə görə Novruz vəhdət simvolu və xalqların xüsusilə Novruz hövzəsində yerləşən 12 ölkənin xalqlarının bir-birlərinə bağlanmalarının amilidir.

Bu mərasimdə Birləşmiş Millətlər Təşkilatının baş katibi Ban ki-Munda da çıxış edərək, bu mərasimdə iştirak etməsindən məmnun və razı qaldığını bildirib.

“ Novruz qədim habelə uzun keçmişə malik olan bir mərasim və adət-ənənədir ki, müxtəlif mədəniyyətlərə malik olan xalqları bir-birlərinin kənarında birləşdirir və bu xalqları bir-birinə yaxınlaşdırır” – deyə Ban Ki-Mun sözlərini davam etdirib.

Beynəlxalq Novruz Şənliyi mərasimini keçirmələrinə görə
Təşkilatçı ölkələr xüsusilə İran İslam Respublikasının BMT-dəki səfiri və daimi nümayəndəsinə təşəkkürünü bildirən Birləşmiş Millətlər Təşkilatının baş katibi sonra deyib: “ Novruz müxtəlif məntəqələr, Mərkəzi Asiyadan tutmuş Əfqanıstan, Qafqaz və Yaxın və Orta-Şərqə qədər olan məntəqələrin müştərək mədəniyyətidir. Novruz dəyərlər, insansevərlik və müxtəlif etnoslar arasındakı yaxınlığı daha da genişləndirir”.

Bu iclasda Novruz hövzəsi ölkələrinin səfirləri və nümayəndələri də Novruz və bu günün beynəlxalq cəhətləri haqdakı öz baxışlarını bəyan etdilər.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu