DünyaİranXƏBƏRLƏR

ABŞ İran qarşısındakı mövqeyi sərt və dəyişilməz olmamalıdır

Beynəlxalq Böhran Qrupu son hesabatında Amerikadan istəyib ki, İranın nüvə işinin həlli və məsələnin çıxılmaz vəziyyətdən xilası üçün özündən daha yumşaq mövqe nümayiş etdirsin.

Beynəlxalq Böhran Qrupu çərşənbə axşamı “Böyük arzular: İranın yeni prezidenti və nüvə müzakirələri” başlıqlı bir hesabat dərc edib.

Bu hesabatda təklif olunur ki, ABŞ prezidenti Barak Obama və onun dövləti İran və 5+1 Qrupu arasındakı müzakirələrin daha aydın perspektivə malik olması üçün lazımi tədbirlər görməlidir.
Hesabatın davamında deyilir: İrana qarşı yeni iqtisadi sanksiyaların tətbiq edilməsi hazırkı həssas şəraitdə əks nəticə verə bilər.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu