İranXƏBƏRLƏR

İran kosmosa televiziya peyki göndərir

İran İslam Respublikasının Kosmonavtika Təşkilatının sədri günəş ili ilə 1396-cı ilə qədər “İransat 1, 2 və 3” rabitə peyklərinin kosmosa göndəriləcəyini bildirib və deyib: “İransat 3” peyki FSS və BSS transponderi ilə Yerin orbitində 12.5 dərəcə şərqdə yerləşəcək ilk peykdir.

Səhər telekanalı internet portalının məlumatına görə, İranın 12-ci Kosmonavtika Konfransının açılış mərasimində çıxış edən Həmid Fazili dünya ölkələrinin çoxunun kosmonavtika sənayesində özünü inkişaf etmiş hesab etdiyini bildirərək söyləyib: Statistikalara əsasən 2012-ci ilə qədər yalnız 10 ölkə kosmonavtika sahəsində əsas ölkələr kimi təqdim olunub. Lakin 2013-cü ildən 5 ölkənin də bu sıralamaya əlavə olunacağı və İranın da bu ölkələrdən olacağı bildirilib.

“Nəvid peykinin dizaynı Zöhrə rabitə peykinin istehsalı istiqamətindədir və “Ku” zolağında işləyəcək. Bu peyk “Səfir B-1” peyki vasitəsi ilə kosmosa göndəriləcək” –deyə Fazili əlavə edib.

İranın Kosmonavtika Təşkilatının sədri İranın Sərhədaşırı telekanallarının digər ölkələrin peyk şirkətlərinin yayımından çıxarıldığına toxunaraq deyib: Bu istiqamətdə Müdafiə Nazirliyi ilə müştərək proqramlaşdırma ilə Zöhrə peykinin orbitində Qaim peykinin dizaynı üzrə addım atılıb. Bu peyk 1 ton ağırlığı və 12 transponder ilə səs, görüntü və fayl xidmətlərini istifadəçilərə təqdim edəcək.

Fazili qeyd edib ki, Qaim peykinin kosmosa göndərilməsi üçün 10 il zamana ehtiyac vardır.

İranın Kosmonavtika Təşkilatının sədri bu 5 il ərzində iki kosmosa göndərilmə əməliyyatının həyata keçiriləcəyini söyləyərək bildirib: Bu istiqamətdə 1395-ci ildə “İransat 1” peyki kosmosa buraxılacaq. Bu peykdə əsas texnologiyalar genişləndiriləcək. Bu peyk “Ku” zolağında atılacaq və bu peykin rabitə texnologiyaları Rabitə Nazirliyinin Tədqiqat müəssisəsinin əməkdaşlığı ilə təkmilləşdiriləcək.

İranın Kosmonavtika Təşkilatının sədri 1396-cı ildə başqa bir peykin buraxılacağını söyləyib və xatırladıb: “İransat 2” peyki dizayn olunaraq kosmosa göndəriləcək.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu