BMT-nin İnsan Haqları ofisi çərşənbə axşamı fələstinlilərin zorla İordan çayının qərb sahilindəki evlərindən çıxarılması və onların evlərinin dağıdılmasından ciddi nigaranlıq edib.
BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığı bir bəyanat yayaraq, bildirib: Ötən həftədən Beytül-Müqəddəsin şərqində 6 yaşayış məntəqəsinin dağıdılmasına başlanılıb.
Bu mərkəzin dediyinə görə, bu dağıntılar zamanı İsrail rəsmiləri Təl Əl-Ədasa məntəqəsində fələstinlilərə məxsus evlərin qanunsuz olaraq tikildiyini iddia edirlər və indiyə kimi 39 ailə evsiz qalıb.