İranın AR-dəki səfiri iki ölkə əlaqələrini adi adlandırıb
İranın Azərbaycan Respublikasındakı səfiri Tehran-Bakı münasibətlərində hər cür gərginliyi rədd edərək, deyib: İki ölkə əlaqələri adidir və sərhədlərdə yaradılmış problemlərin tam şəkildə həll olunması üzrə məsləhətləşmələr davam edir.
Mohsen Pak Ayin uzun sərhədlərə malik olan ölkələr arasında bəzi ixtilafların meydana gəlməsinin qeyri-adi bir məsələ olmadığını vurğulayaraq, əlavə edib: Sərhəd razılaşmalarının mövcud olmasına rəğmən, daim münasib və anlaşmaya malik olan bir həll yolunun əldə edilməsi imkanı mövcuddur.
İran səfiri Astara və Poldəşt sərhədlərinin açıq olmasına işarə edərək, deyib: Öncədən də deyildiyi kimi, Culfa və Biləsuvar sərhədlərində məhdudiyyətin yaradılmasının əsas səbəbi Poldəşt sərhədinin Azərbaycan Respublikasının sərhəd qüvvələri tərəfindən iki gün müddətinə bağlanması olub və sərhəd görüşlərinin davam etməsi və qarşılıqlı razılaşmaların icra olunması ilə sərhədlərə adi şərait qayıdacaq.
O, iki ölkə münasibətlərini strateji və daim dostcasına və qarşılıqlı hörmət əsasında adlandırıb və deyib ki, iki ölkənin müxtəlif sahələrdəki həmkarlıqları öz adi prosesini keçir.
Piyadaların gediş-gəlişi Biləsuvar və Culfa sərhədləri vasitəsi ilə həyata keçir, lakin hələ yük maşınları və treylerlərin gediş-gəlişi problemi həll edilməyibdir.
Qeyd edək ki, ötən həftə Azərbaycan Respublikasının Poldəşt-Şahtaxtı sərhədini bağlamaq üzrə qeyri-adi hərəkətinə cavabda və adi izləmələrin nəticəsiz qalmasının ardınca İran Biləsuvar və Culfa sərhədlərini bağladı.
20 ildən yuxarıdır ki, Azərbaycan Respublikasının Naxçıvan ilə quru əlaqəsi İran ərazisi vasitəsi ilə həyata keçir, lakin Azərbaycan Respublikasının dairələri daim Tehranın Bakını bu strateji himayəsini etiraf etməkdən çəkinir.
