AsyaAzərbaycanXƏBƏRLƏR

Ən az səs qazanan deputat: “Varşava bürosu Azərbaycanda casus şəbəkəsi yaradıb”

Deputat Zahid Oruc parlamentin 27 dekabr iclasında Azərbaycan hökumətini ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (Varşava bürosu) ilə əməkdaşlıqdan imtina etməyə çağırıb.

Hakimiyyətə yaxın depuat, Zahid Oruc Varşava bürosunun 9 oktyabr prezident seçkisi ilə bağlı yekun rəyini pisləyib.
Varşava bürosunu casus yuvası adlandıran Zahid Oruc deyib ki, 220 nəfərin mövqeyi bütövlükdə seçkini izləyən müşahidəçilərin mövqeyi deyil: “Varşava bürosu Azərbaycanda özünə QHT-lərdən ibarət casus şəbəkəsi yaradıb və onlar vasitəsilə informasiya əldə edir”.
Deputat Varşava bürosunun prezident seçkisi ilə bağlı yekun rəyini Azərbaycana təzyiq kimi dəyərləndirərək hökuməti bu təşkilatla əməkdaşlıqdan imtina etməyə çağırıb.
Azərbaycan respublikası Mərkəzi Seçki Komissiyası (MSK)-nin elan etdiyi nəticələrə əsasən, oktyabrın 9-da keçirilmiş Prezident seçkilərində ən aşağı səsi (1,46 faiz ) deputat Zahid Oruc toplayıb. Ən çox səsi isə Əliyev İlham Heydər oğlu 84,54 faiz toplayıb.
Prezidentliyə digər namizəd Milli Şuranın namizədi Cəmil Həsənli isə 5,2 faiz səs qazanmaqla ikinci yerdə durmuşdur.
Müxalifət və ATƏT Azərbaycandakı seçkilərdə ciddi qanun pozunuların olduğunu bildirdilər.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu