Boko Haram terror təşkilatının Kamerun’da təşkil etdiyi hücumda ən az 100 adamın həyatını itirdiyi ifadə edildi.
Son illərdə təşkil etdiyi şiddət hərəkətlərində, əksəriyyəti vətəndaş olmaq üzrə minlərlə adamın ölümünə səbəb olan Boko Haram xadimləri, Kamerunun şimalındakı Fotokol qəsəbəsinə basqın təşkil etdi.
Qəsəbəni ələ keçirən təşkilat ən azı yüz adamı qətl etdi. Yerli qaynaqlar, təşkilatın, qəsəbədə çox sayda evlə birlikdə bir Məscidinin də atəşə verdiyini ifadə edir.
Kamerun və Çad ordusu qəsəbənin idarəsini militanlardan geri almağa çalışır.