Dünyanın ən böyük qızılla təzin edilmiş Quranın təqdimat mərasimi Məşhəd şəhərində keçirildi.
Dünən keçirilən bu mərasimdə İran İslam Şurası məclisinin sədri Əli Laricani , səhiyyə naziri Həsən Qazizadə Haşimi və İmam Rza (ə) ziyarətgahının müdiri Ayətullah Vaiz Təbəsi iştirak etdilər.
Dünyanın qızılla təzin edilmiş ən böyük Quranı 80 kiloqram çəki və 604 səhifəyə malikdir.
Bu zəngin Quranın hər bir səhifəsində 14 qıram qızıldan istifadə olunub , onun hər bir səhifəsi 100×70 santimetr və diametri 14 santimetrdir.
Bu Quranı məşhədli xəttat Əlirza Behdani bir iki müddətində nüsx xəti ilə yazmışdır.