FələstinXƏBƏRLƏR

Qəzzə Zolağındakı bir tuneldə Həmasın şəhid olmuş üzvünün cəsədi tapılıb

Cümə axşamı günü sionist rejimlə silahlı toqquşma zamanı şəhid edilmiş Fələstin İslami Müqavimət Hərəkatı Həmasın mübarizlərindən birinin cəsədi Xan-Yunusda Qəzzə Zolağı ilə İşğal Edilmiş Fələstin Ərazilərinin sərhədi yaxınlığında tapılıb.
Bir fələstinli təhlükəsizlik mənbəyi bu xəbəri bildirərək, belə əlavə edib: Həmasın hərbi qolunun Qəssam Batalyonlarının fəallarından olan şəhid Xalid Əbu-Bəkrənin cənazəsi Qəzzə Zolağının cənubundakı Xan-Yunusun şərqində yerləşən sərhədin yaxınlığında yer altından iyirmi metr aşağıdan çıxarılıbdır.
Xilasedici Qüvvələr şənbə günü səhər Qəzzədəki Beynəlxalq Qızıl Xaç Komitəsinin üzvləri ilə birlikdə cümə axşamı günü sionist qüvvələrlə toqquşma zamanı şəhid edilmiş üç fələstinlinin cəsədini tapmaq üçün qazıntılara başladılar.
Sionist rejimin bir il öncəki əməliyyatından bəri bu məntəqədə ən təhlükəli toqquşma sayılan cümə axşamıgünkü Qəzzə Zolağı ilə İşğal Edilmiş Fələstin arasındakı sərhəddə baş vermiş sərt toqquşmada Həmas mübarizlərindən dörd nəfəri şəhid oldu və beş sionist isə yaralandı.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu