ABŞ-ın 2 milyon əhalisi ötən gün 400-dən çox şəhərdə Monsanto kənd təsərrüfatı məhsulları və toxum istehsalı şirkətinin fəaliyyətinə etiraz olaraq aksiya keçirib.
Aksiyaçılar məsul şəxslərin bu genetik toxumlardan və qida məhsullarının istehsalında onlardan istifadədə yaranan təhlükələrə diqqət yetirmələrini istəyiblər.
Monsanto şirkəti böyük transmilli bir şirkətdir. Bu şirkət kənd təsərrüfatı və biotexnologiya sahəsində fəaliyyət göstərir. Bu şirkətin mərkəzi ofisi Missuridə yerləşir. Şirkətin əsas fəaliyyəti genetik baxımdan islah olunmuş kənd təsərrüfatı toxumlarının istehsalıdır.
Genetik toxumlardan istifadənin ABŞ-da kənd təsərrüfatı məhsullarının artmasına səbəb olmasına baxmayaraq, bəzi ekspertlərin qənaətincə, bu toxumlardan istifadə çoxlu ətraf mühit təhlükələrinin yaranması və insanların sağlamlığı üçün çoxlu təhlükələrin büruzə etməsinə səbəb olur.