İranXƏBƏRLƏR

İran dünyada davamlı sülhün bərqərar edilməsini istəyir

İran İslam Respublikası dünyada davamlı sülhün bərqərar edilməsini istəyir və onun gerçəkləşməsinə çalışır.

İran islam şurası məclisinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü Məhəmmədrza Möhsüni Sani İRNA ilə müsahibədə bu məqama toxunduqdan sonra İran prezidentinin ” dünyanın ifratçılıq və kobudluqdan təmizləşdirilməsinin “vacibliyi ilə əlaqədar irəli sürdüyü təklif paketinin BMT-nin baş assambleyasında qəbul edilməsindən sevincini qeyd edib və deyib : Çərşənbə günü səs çoxlu əsasında bu layihənin qəbul edilməsi beynəlxalq arenada , İranın yüksək yerə malik olmasını həm də bu ölkənin sülhsevər bir ölkə olduğunu göstərir.
Dünyada bədxah qüvvələr və düşmənlərin iranofobiya siyasətini rəvac verməkdə əllərindən gələni əsirgəməyən tərəflərin səfərlərinə işarə edərək xatırladıb :Bu layihənin qəbul edilməsi ilə dünya xalqlarının İran strategiyasının təməlinin davamlı sülh və sabitlik əsasında qoyulub və ifratçılığı rədd etməsinə dərk etdilər.
İran parlamentinin üzvü müsahibəsinin digər bir hissəsində Qərb ölkələrinin o cümlədən Amerika və Kanadanın İranın sözügedən təklifi ilə barışmalarına işarə edərək deyib : Əgər İranla bağlı küdurət mövqe tutan ölkələr bu layihənin əleyhinə çıxsa idilər onda ümumi məfkurə ilə üzləşəcək idilər.
Möhsüni Sani müsahibəsinin sonunda xatırladıb : İslami Oyanış ifratçılığa qarşı mübarizə, eləcədə regionda və dünyada terrorçuluq və kobudluqlar əleyhinə olan addımların genişlənməkdə olduğunu nəzərə alaraq dünya belə bir qətnamənin qəbul edilməsinə ehtiyaclı idi ki, iki ay bundan qabaq İran prezidenti BMT-nin baş assambleyasında bu təklifi irəli sürmüşdü və ötən çərşənbə bu qətnamə BMT-nin baş assambleyasında səs çoxluğu əsasında qəbul edilmişdir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu