ABŞ-ın casusluq qurumunun sabiq zabitlərindən biri qalmaqala səbəb olmuş öz kitabında Yaxın Şərq regionunda təkfirçi terrorizmin yaranmasının formasını araşdırmışdır.
Avaks təyyarələri Bəndərin ilk zərbəsi
Bəndər 1981-ci ildə Səudiyyə Ərəbistanının ABŞ-dakı hərbi attaşesi olaraq inqilab yaratdı və Vaşinqtonda ən güclü İsrail lobbisi AİPAK-ın əsəbi şəkildə etirazlarına baxmayaraq, Avaks təyyarələrinin Ərəbistana satılması üçün Konqresin razılığını cəlb edə bildi.
2002-ci ildə Vaşinqton Post qəzetinin bildirdiyinə əsasən, Bəndər səfir olduğu dövrdə Ərəbistanın borclarını gizli şəkildə 10 milyon dolları əmanəti Vatikan bankına ödədi.
Bu əmanət o zaman Uilyam Keysinin başçılıq etdiyi Mərkəzi Təhlükəsizlik Agentliyinin müraciəti əsasında baş tutdu ki, demokrat xristianlar ondan italiyalı kommunistlərlə savaşda istifadə etsinlər.
1984-cü ilin iyul ayında Bəndər hakim ailənin ilk 30 milyon dollarını təqdim etdi ki, Oliver Nors Nikaraquada Kontra inqilabçıları üçün silah ala bilsin.
Hayfa Bəndər Buşun boşanmış qızını münasib zamanda dəvət etdi
Bəndər şəxsi cəhətdən də yaxşı parladı. 1990-cı ilin noyabr ayının sonlarında 2-ci Corc Buş Küveyti geri almaq üçün hazırlanan qüvvələrlə yaxından tanış olmaq üçün Ərəbistana getdiyi zaman Bəndərin həyat yoldaşı şahzadə Hayfa Corc Buşun yenicə boşanmış qızı Dorti və övladlarını Virciniya ştatında Bəndər təsərrüfatında şükür bayramına dəvət etdi. Şükür bayramından bir neçə gün sonra Bəndəri görən Corc Buş gözləri yaşla dolduğu zaman Bəndərə dedi: Siz xeyirxah insanlarsınız.
Buşun Bəndərə ləqəb verməsi
Bəndərin Buşun Men ştatında Kinqportdakı mənzilinə yay səfəri zamanı, ailə ona Bəndər Buş ləqəbini verdi. Bəndər Buş balıq ovu üçün İngiltərəyə dəvət olundu. Bəndər Texasda Kollec Stationdə Buşun prezidentlik kitabxanasının inşasında 1 milyon dollar yardım etdi. Ərəbistan kralı Məlik Fəhd də Bəndərin təklifi ilə savadsızlıqla mübarizə istiqamətində fəaliyyətlərinə yardım üçün Barbara Buşa 1 milyon dollar yardım etdi. O həmçinin bir milyon dolları narkotik maddələrlə mübarizə dəvətində Nansi Reyqana yardım etdi.
Səudiyyəli Bəndər prezident ofislərində və digər qurumlarda mənafe arxasınca olan yeganə şəxs deyildi. 1983-cü ilin oktyabrında silah alverçisi Adnan Xaşiqci 50 min dolları prezident Cimmi Karterin Atlantadakı anbarına verdi. 2002-ci ilin sonalarında şahzadə Vəlid də 500 min dolları Filips Akademiyasında Corc Herbert Vaker Buş təhsil haqqı fondunun təsis olunması üçün yardım etdi. Ondan bir il öncə Redvi Culyani Vəlid İbn Təllalın 10 milyon dollarlıq hədiyyəsini qəbul etmədi.