DünyaXƏBƏRLƏR

Məscidül-Əqsada toqquşmalar davam edir

Sionist rejim hərbçiləri Məscidül-Əqsaya hücumlarının davamında bir daha bu müqəddəs məkana hücum ediblər.

Türkiyənin Anadolu informasiya agentliyinin verdiyi məlumata görə, sionist rejim polisi bu gün səhər Məscidül-Əqsaya hücum edərək məscidin xadimlər və gözətçilərinə tərəf səsli bombalar atıblar, onları döyüblər və məscidin xadimlərindən olan bir qadın və bir gənc oğlanı yaralayıblar.
Həmin məlumata görə, sionist hərbçilər dəmir zəncirlərlə məscidin namaz qılınan sahəsinə giriş qapıları bağlayıblar.
Sionist rejimin polis qüvvələri çərşənbə axşamından başlayaraq yaşı 45-dən az olanları məscidə buraxmırlar və məscidin 4 qapısını bağlayıblar.
Məlumata görə, Məscidül-Əqsanın xadimlər və gözətçilərindən ibarət onlarla adam dünən gecə sionist şəhərcik sakinlərinin məscidə hücumu ilə qarşılaşmaq üçün məsciddə qalıblar.
Sionist rejim polisi dünən gecə də Fələstinli nümayişçilərə qarşı səsli bomba və gözyaşardıcı qazdan istifadə ediblər. Fələstinli nümayişçilər Yəhudilərin “Ərş” bayramı münasibəti ilə planlaşdırılan sionistlərin milyonluq yürüşünə etiraz əlaməti olaraq aksiya keçiriblər.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu