Sionist rejim hərbçilərinin Məscid-ül-Əqsada güllə və gözyaşardıcı qazla həyata keçirdikləri hücumda onlarla fələstinli namazqılan yaralanıb.
Sionist hərbçilər Məscid-ül-Əqsada cümə namazı başa çatandan sonra qadınların da daxil olduqları namazqılanlara basqın edərək, onları döyüblər.
Bu toqquşmalar fələstinli namazqılanların Məscid-ül-Əqsanın ərazisində sionist hərbçilər və sionist qəsəbə sakinlərinin hərəkətləri və cinayətləri əleyhinə aksiya keçirmələrinin ardınca baş verib.
Bu hərəkətin ardınca sionist hərbçilər Bab-ul-Məğaribə tərəfdən Məscid-ül-Əqsaya basqın edərək, fələstinliləri yatırtmağa başlayıblar.

