SuriyaXƏBƏRLƏR

Brujerdi: Müxalif qruplar Suriya dövləti ilə müzakirəyə üz tutublar

İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri Suriya hökuməti ilə müxalif olan qrupların bir çoxunun silahlarını yerə qoyaraq, hökumətlə müzakirəyə üz tutduğunu bildirib.

Bir parlament heyətinə başçılıq edərək, Suriyaya səfər etmiş İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri Əlaəddin Brujerdi dünən gecə səfərdən geri dönərkən Tehranda müxbirlərə deyib ki, Suriyanın düşmənlərinin milyardlarla pul xərcləmələrinə rəğmən, göstərdikləri səylər uğursuz qalıbdır.

Brucerdi deyib: Suriya böhranından 2 ildən çox bir müddətin keçməsinə rəğmən, bu sahədə fəaliyyət göstərən bir çox ölkə başını itirərək məyus olubdur və bu proses öz tənəzzülünü davam etdirəcək.

İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri İranın parlament heyətinin Suriyaya səfərdə məqsədi haqda deyib: Bu səfər parlament diplomatiyası və İran parlamentinin xarici siyasət üzrə mühüm məsələlərdə səyi çərçivəsində həyata keçib.

Brucerdi vurğulayıb: Amerika hökuməti və müxaliflər tərəfindən İordaniya sərhədində yeni cəbhənin açılmasına baxmayaraq, Suriyada davamlı təhlükəsizliyin bərqərarına doğru hərəkət bu ölkə dövləti tərəfindən irəliləməkdədir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Göz Atın
Kapalı
Başa dön tuşu