Suriya təhlükəsizlik qüvvələri bu ölkə paytaxtında “Əl-Nəsrə Cəbhəsi” terrorçu qruplaşmasının üzvünün partlayış əməliyyatını zərərsizləşdiriblər.
Suriya təhlükəsizlik qüvvələri çərşənbə günü Dəməşqin “Harə əl-Məşru” məntəqəsində üzərində olan partlayıcını partlatmaq istəyən “Əl-Nəsrə Cəbhəsi” terrorçu qruplaşmasına bağlı kamikadze- Məhəmməd Mahir İmad Xəzirin səyini zərərsizləşdirib və onu öldürüblər.
Suriya paytaxtı yaxınlığında Rif Dəməşqin Duma məntəqəsində də terrorçu yaraqlılardan müəyyən miqdarda silah-sursat bu ölkə ordusu tərəfindən məhv edilib.
Həmçinin Rif Dəməşqdə, Hərəsta şəhərinin şərqində terrorçuların bir gizli məkanı məhv edilib və bir qrup terrorçu öldürülüb.
Digər tərəfdən, Suriya ordusunun bu ölkənin şimalında yerləşən Rif Hələbdə, Vahə şəhərinə təhlükəsizliyin qaytarılması istiqamətindəki səyinin ardınca, bu kənd sakinləri ordu tərəfindən mühasirənin yarılması və ilkin ehtiyacların təmin olunması ilə tədricən öz mənzillərinə qayıtmaqdadırlar.