İranXƏBƏRLƏR

“İran AEBA ilə danışıqlar üçün xoşməramlıdır”

İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdəki nümayəndəsi Tehranın agentliklə danışıqlar üçün hazırlığını İranın əməkdaşlığı üçün siyasi iradə və xoşməramlılığı adlandırıb.

İranın AEBA-dakı nümayəndəsi- Əli Əsğər Soltaniyyə İSNA ilə müsahibədə İranın bu agentliklə danışıqlar üçün hazır olduğuna toxunaraq bildirib: Bu razılaşma bəzi ölkələrin iddialarının əsassız olmasının isbatı və naməlum məsələlərin aradan qaldırılması çərçivəsində, eləcə də İranın nüvə fəaliyyətlərinin sülməramlı olması istiqamətində agentliklə əməkdaşlıq üçün İranın siyasi iradəsi və xoşməramlılığını göstərir.

İranla AEBA arasında müzakirələrin yeni turu 2013-cü il may ayının 15-də İran İslam Respublikasının BMT və digər təşkilatlar, o cümlədən MAQATE-nin Vyanadakı nümayəndəliyində keçiriləcək.

Bəzi qərb ölkələri, xüsusilə ABŞ İranın nüvə fəaliyyətlərində hərbi cəhətlərin olması ilə əlaqədar əsassız iddialarla Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin vəzifə və səlahiyyətlərini texniki sahədən təhlükəsizlik sahəsinə dəyişdirmək istəyirlər. Belə ki, bununla AEBA-ya üzv ölkələrin milli təhlükəsizlik sahəsinə heç bir məhdudiyyət olmadan daxil olsunlar.

İran İslam Respublikası rəsmiləri dəfələrlə qeyd ediblər ki, nüvə enerjisindən sülhməramlı istifadə istiqamətində İran xalqının hüququna heç vaxt göz yummayacaqlar və İranın şüarı “Nüvə enerjisi hamı üçün, nüvə silahı heç kəs üçün”dür.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu