Son üç gün ərzində iranlı və azərbaycanlı heyətlər arasında aparılan iki dövr müzakirələr nəticəsində əldə olunan yekun anlaşmaya əsasən yeni Culfa körpüsü bu gün səhər istifadəyə verilib.
İranın Azərbaycandakı səfiri Möhsün Pakayin bu barədə məlumat verərək, avtomobillərin yeni körpü üzərindən hərəkətinin normal qaydada təmin edildiyini bildirib. Səfirin dediyinə görə, hazırda qədimi körpü piyada keçidi kimi istifadə olunmaqdadır.
O, müzakirə heyətlərinə xüsusilə də sərhəd qüvvələri və xarici işlər nazirliyinin nümayəndələrinə təşəkkür edərək, bu körpünün istifadəyə verilməsini iki ölkə rəsmilərinin əlaqələrin genişləndirilməsi üzrə siyasi iradəsinin nişanəsi adlandırıb.
Səfir həmçinin ümidvarlıq edib ki, yaranmış vəziyyət iki ölkə arasında gediş gəlişin və ticarət mübadilələrinin daha da genişlənməsinə səbəb olsun.