İran İslam Respublikası prezidenti İslam ölkələri başçılarına xitabən onları mübarək Ramazan ayının gəlib çatması münasibətilə təbrik və ümidvarlıq edib ki, bu mübarək ayda müsəlmanlar arasında daha artıq birlik və həmrəyliyin habelə, dünya xalqları arasında barış və sülhün şahidi olaq.
Mahmud Əhmədinejad İslam Əməkdaşlıq Təşkilatının baş katibi Əkmələddin Ehsanoğlu və İslam ölkələri başçılarına ayrı-ayrılıqda ünvanlanmış müraciətində ilahi ziyafət ayı olan Ramazan ayının gəlib çatması münasibətilə onları təbrik və ümidvarlıq edib ki, bu mübarək ayda Həzrət Məhəmməd Mustafanın(s.ə.s) göstərişləri, həyat tərzi və davranışlarının habelə, İslam dini və Quran-Kərimin ali təlimlərinin həyatımızdakı təsirinin daha artıq şahidi olaq.
İran prezidenti həmçinin, bu mübarək ayda dünyada sülh və təhlükəsizliyin bərqərar edilməsini, zülm və zorakılıqlara son qoyulmasını arzu edib.