SuriyaXƏBƏRLƏR

Barzani Suriya kürdlərinə: Ölkənizi boşaltmayın

Suriyanın minlərlə kürd sakininin İraqın Kürdüstan məntəqəsinə daxil olması və bu məntəqə sərhədlərinin Suriya kürdlərinin üzünə açılmasının ardınca, Məsud Barzani Suriya kürdlərinə bir məktubda onlardan ölkələrini boşaltmamalarını və öz torpaqlarında müqaviməti davam etdirmələrini istəyib.
İraq Kürdüstanı məntəqəsinin rəhbəri Məsud Barzani Suriya kürdlərinə məktubda bildirib: Hamınız bilirsiniz ki, “Suriya inqilabı” başlandıqdan on minlərlə suriyalı kürd qardaş İraqın Kürdüstan məntəqəsinə gəlib və düşərgələrdə yerləşib. Lakin təəssüf ki, beynəlxalq ictimaiyyət bu didərginlərə kömək üçün ən kiçik işi belə görməyib.

Barzani deyib: Son vaxtlar çoxlu sayda didərgin bir daha İraqın Kürdüstan məntəqəsinə daxil olub. Mən bu didərginlərə kömək edən və onlara məskunlaşmaq üçün yer verən iqlim dövləti rəsmilərinə təşəkkür edirəm. Lakin demək istəyirəm ki, bu məsələnin çox ciddi mənfi nəticələri vardır.

Barzani əlavə edib: Biz Suriyanın kürd sakinlərindən boşalmasını istəmirik. Kürd xalqı öz ölkələrində Suriya torpağında qalmalı, onu müdafiə etməli və öz milli və qanuni hüququnu sübuta yetirmək üçün çalışmalıdır.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu