Paraqvayın yeni prezidenti özünün növbəti 5 illik maaşını ehtiyaclılara bağışlayıb.
Paraqvayın yeni prezidenti növbəti 5 illik maaşını çətin müalicə olunan xəstəliklərdən əziyyət çəkən şəxslər və xəstə uşaqlar üçün fəaliyyət göstərən bir klinikanı idarə edən San Rafael kilsəsinə bağışlayıb.
Ötən cümə axşamı günü Paraqvayın yeni prezidenti olaraq fəaliyyətə başlayan Horakio Kartes seçki rəqabətində ayda 10 min dollardan yuxarı olan öz maaşını bağışlamağı vəd etmişdi.
Bir mühafizəkar olan Kartes iqtidara gəldiyi kimi 39% əhalisi yoxsul olan və 19% isə tam yoxsulluq şəraitində yaşayan ölkədə yoxsulluqla mübarizəni elan edib.