Asyaİran

Ən modern cərrahiyyə cihazı; Əhmədinejadın Putinə hədiyyəsi

İran prezidenti Putin və Rusiya xalqına bir ədəd ən modern cərrahiyə cihazı hədiyyə edib.

İran prezidenti Mahmud Əhmədinejad Rusiya prezidenti Vladimir Putinlə görüşdə bir əddəd “Novigation ” cihazını bir texnologiya hədiyyəsi kimi İran İslam Respublikası tərəfindən Rusiya ölkəsinə hədiyyə edib.

İranlı mütəxəssislər tərəfindən dizayn edilib, konstruksiya edilən bu cihazın texnologiyası yalnız dünyanın bir neçə azsaylı inkişaf etmiş ölkəsində, o cümlədən Amerika və Almaniyada vardır.

Bu sistem cərraha beyin, sinir, qulaq, boğaz, burun və onurğa hissələrində mürəkkəb cərrahiyyə əməliyyatlarının həyata keçirilməsini mümkün edir. Həmçinin bu cihaz cərrahiyə əməliyyatı zamanı cərrah üçün çox yüksək diqqətlə bir millimetrə qədər dəqiqliklə bədəndə məkanların tapılması üçün imkan yaradır.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu