İranın xarici işlər nazirinin hüquqi və beynəlxalq məsələlər üzrə müavini deyib: Cenevrədə İranla 5+1 Qrupu arasındakı ekspert və texniki danışıqların üçüncü mərhələsi yaxşı irəliləyişlərlə yanaşı olub.
Abbas İraqçi sonra deyib: Cenevrədə yerli vaxtla bu gün çərşənbə axşamı günü səhər saat 4-30-a qədər davam edən İranla Altılar Qrupu arasındakı ekspert danışıqlarının üçüncü mərhələsində iki tərəf ixtilaflı olan məsələlər haqda yaxşı irəliləyişlər əldə etdilər. lakin hələ danışıqların yekunlaşmasından öncə, bu müzakirələrin nəticələri haqda fikir bildirmək tezdir.
İranın nüvə müzakirə komandasının yüksək səviyyəli üzvü sonra deyib: Danışıqların bu mərhələsi başqa iclasın keçirilməsi ilə bu gün günortaya qədər davam etdi ki, onun nəticələri bildiriləcəkdir.
İranla 5+1 Qrupu arasındakı ekspert iclasının üçüncü mərhələsi dünən bazar ertəsi günü(30 dekabr) Cenevrədə işə başladı.