DünyaSuriyaXƏBƏRLƏR

Chatm House: Qərb İrana olan baxışını dəyişsin

İngiltərənin Chatm House Təfəkkür Mərkəzi qərb dövlətlərinə tövsiyə edibdir ki, İranla anlaşma yolunu dəyişsinlər.

IRNA-nın məlumatına görə, Chatm House bu təfəkkür mərkəzinin Beynəlxalq Təhlükəsizlik Şöbəsinin tədqiqatçısı- Sasan Əqlaninin qələmindən çıxmış “İranın yeni prezidenti ilə anlaşma” adlı yazıda yazıb: Həsən Ruhaninin dövlətinin işə başlaması Qərbin İslam Respublikası ilə anlaşması üçün yeni bir fürsətdir, lakin Qərbin özünün hazırki yolunu qoruyub saxlaması İran prezidentinə bir fürsət qoymur.
Chatm House Təfəkkür Mərkəzinin reportajının davamında deyilir: Ruhaninin keçmişi və şəxsiyyəti onun seçilməsinin tələb etdiyi anlaşma növü barədə suallar yaradır.
Həm Qum Dini Elmlər Təhsili Mərkəzində, həm də Qlazqo Universitetində dərs oxumuş Ruhani islami təlim və dünyəvi anlaşmalardan ibarət bir tərkibə malikdir. Keçmişi tamamilə adidir və İrandakı bir çox dini tədqiqatçı əksərən özünün dini mütaliələri ilə bir vaxtda sekular təlimləri də izləyir.
Chatm House-un müəllifi bu qənaətdədir: “İran siyasətçiləri ifratçı və ya mötədildirlər” anlamı belə bir yanlış təsəvvürə söykənir ki, İran siyasətində heç bir orta bir hədd mövcüd deyildir. Bu təsəvvür öz növbəsində başqa bir yanlış nəticəyə gətirib çıxarır.
Chatm House tövsiyə edir ki, Qərb Ruhanini siyasi baxımdan təsnifata ayırmadan Tehranın addımlarına əsasən, İranın yeni dövləti ilə anlaşmaya başlasın. O, İslam İnqilabının Böyük Rəhbərinin nüvə silahlarının yayılması və saxlanılmasının qadağan olunması barədəki fitvasının icrasına zəminin yaradılması və Əl-Qaidə ilə mübarizə sahələrində İrana kömək təklifini irəli sürüb.
Chatm House-un müəllifi əlavə edib: Amerika Suriya münaqişəsinə son qoyulmasında həyati bir şərik kimi İranı rəsmi surətdə tanıya və Tehranı gələcək təşəbbüslərdə Rusiya, Səudiyyə Ərəbistanı və Türkiyənin kənarında iştirak etməyə dəvət edə bilər. Vaşinqtonun digər bir addımı da anti-İran qrup olan münafiqlər qrupunu yenidən terrorçu bir təşkilat kimi tanımaq ola bilər.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Göz Atın
Kapalı
Başa dön tuşu