Fitrə zəkatının ödənilməsinin ilkin təsiri, Ramazan ayı ibadətlərinin qəbulu, ikinci təsiri isə insanın gələn ilədək bütün xətərlərdən sığorta olunmasıdır.
Müsəlmanların böyük təqlid mərcələrindən olan ayətullah Nasir Məkarim-Şirazi Həzrəti Məsumə(s.ə)-nın pak məqbərəsində zəvvarlar və namazqılanlar qarşısında İslam hökmlərinin qiyamət günü üçün olmadığını vurğulayaraq, söyləyib: Əgər sağlam dünyada yaşamaq istəsək, dindar olmalı və Allahın hökmlərinə əməl etməliyik.
Ayətullah Məkarim-Şirazi Fitir bayramı günündəki vəzifə və vacib məsələlərdən birinin fitrə zəkatının ödənilməsi olduğunu bildirərək, deyib: İslam ölkələrinin vəziyyətlərinin yaxşılaşması üçün də əllərimizi qaldırıb, dua etməliyik və bilməliyik ki, bu dualar təsir edirlər.
Ayətullah Məkarim-Şirazi həmçinin Əhzab surəsinin 39-cu ayəsinin şərhinin davamında söyləyib: Şəxslər nadan, təəssüblü və tərsdirlər və keçmiş adət-ənənələrə təəssüblü olaraq, tərslik edirlər və bu şəxslər peyğəmbərlərin problemlərindən biri olublar.
O, peyğəmbərlərin digər problemini ictimai zülm yolu ilə vəzivə və mənsəbə çatmış şəxslər, hökmdarlar və hökmranlar adlandıraraq, əlavə edib: Peyğəmbərlər ədaləti icra etmək istəyərkən bu təkəbbürlü, müstəbid və zalım qrup mane olurdu, beləliklə onlar peyğəmbərlərin qarşısında dayanırdılar.
Qum Dini Elmlər Təhsili Mərkəzinin müəllimi peyğəmbərlərin allahdan başqa heç kəsdən qorxub, vahimə etmədiklərini bildirərək, deyib: İbrahim(ə) tək-tənha qiyam etdi və bütün bütləri sındırdı və hətta diri-diri yandırılmaqdan belə qorxmadı.
O, söyləyib: Peyğəmbərlər təklikdə quldurların qarşısında dayandılar və qorxmadılar; ilahi məsələlərin təbliğ olunmasının birinci şərti budur ki, yalnız allahdan qorxasan və allahdan başqa heç kəsdən qorxmayasan.
