Bəhreynin XİN-i ABŞ Dövlət Departamentinin Bəhreyn hökumətini müstəbid rejim adlandıran hesabatına reaksiya verib. Bəyanatda deyilir ki ABŞ-ın hesabatında Bəhreyn hökumətinin insan haqlarına diqqət sahəsindəki irəliləyişi, eləcə də Bəhreyn ilə Amerika arasındakı dost əlaqələr görməməzliyə vurulub.
Amerika elə bir şəraitdə Bəhreyn rejiminin müstəbidliyini etiraf edir ki, Ağ Ev bu rejimin ən əsas himayədarı və müttəfiqidir. ABŞ ordusu dəniz qoşunlarının 5-ci donanması Bəhreyndə yerləşir. Bunu ABŞ-ın insan haqları mövzusundakı ikili rəftarının aşkar nümunəsi hesab etmək olar. Bəhreyn iki ildir ki xalq etirazları və Ali-Xəlifə rejiminə qarşı inqilabın şahididir.
Bəhreynin təhlükəsizlik qüvvələri Səudiyyə Ərəbistanının işğalçı hərbçiləri ilə əlbir olaraq xalqa qarşı repressiyalar həyata keçirir. Bu isə indiyədək Bəhreyndə yüzlərlə əhalinin şəhid olması yaxud yaralanması ilə nəticələnib. Hüquq müdafiə təşkilatlarının müşahidələri göstərir ki, etirazçılardan bir qrupu Ali-Xəlifə rejiminin işgəncələri nəticəsində həyatlarını itiriblər yaxud əlil olublar. Bəzi bəhreynli qadınlar da dinc etiraz aksiyalarında onlara qarşı istifadə edilmiş gözyaşardıcı qazlar nəticəsində uşaqlarını vaxtından əvvəl düşürüblər.
