
insanla oxşar rəftara və hərəkətlərə malik robot-top istehsal etməyə nail olublar.
SBu robotun düzəldilməsində əməyi keçən mütəxəssislərdən Hüseyn Zəbihi Xeybəri müsahibədə robot-topun xüsusiyyətləri haqda deyib: Bu robot öz tarazlığını insan kimi ağıllı formada qorumağa, dinamiki tarazlığını qorumaqla ağır əşyaları qaldırmağa və ya özü ilə ətraf mühit arasındakı tarazlığı hesablayaraq, üzüyuxarı hərəkət etməyə qadirdir. Əlbəttə, bu robotun insana oxşarlığı onun zahiri görünüşündə deyil. Amma, gələcəkdə bu robot özünəməxsus xüsusiyyətlərə görə bir ev robotuna və insanların ayrılmaz yoldaşına çevriləcəyi də istisna edilmir.
digər robotlardan fərqləndirən cəhətlər
Bu robotu düzəldən komandanın dediyinə görə, robot-topun ən mühüm xüsusiyyəti onun dönmə şüasının sıfıra bərabər olmasıdır. Yəni, yerindən tərpənmədən, durduğu yerdə 360 dərəcə yerində dönmə qabiliyyətinə malikdir.
Zəbihi bu robot üçün yazılmış alqoritm əsasında robotun davamlı dinamik sabitliyə malik olduğuna toxunaraq, deyib: Bu robot digər robotlar kimi adi vəziyyətdə yerin üstündə dayanmır və huşunu itirən insanın yerə düşdüyü kimi, qeyri-iradi formada dayanır.
Hüseyn Zəbihinin dediyinə görə, robot-top insan kimi zərbələr qarşısında davamlıdır və aldığı zərbələr qarşısında bir az geri çəkilməklə tarazlığını qoruya bilir. Bu da onun insanla oxşar xüsusiyyətlərə yiyələnməsinə səbəb olub.
H.Zəbihi daha sonra bildirib ki, bu robot insan kimi əyilib, ağır yükləri yerdən qaldırmağa da qadirdir və bu zaman tarazlığını qorumaq üçün bir qədər geri hərəkət edir.
