Fələstin azadlıq hərəkatının (SAF) icra komitəsinin üzvü, Qüds şəhərində Əl-Əqsa məscidinə qarşı hərbçilər və sionist şəhərcik sakinlərinin hücumlarının davam etməsinə dair xəbərdarlıq edib.
Əhməd Qəri sionist rejim nazirlər kabinetinin Əl-Əqsa məscidinə hücum üçün sionist şəhərcik sakinlərinin ixtiyarına silahlar verilməsinə dair qərarının təhlükəli olması barədə xəbərdarlıq edib.
Qəri bir bəyanat yayaraq, Əl-Əqsa məscidinin Fələstinlilərin qırmızı xətti olduğunu bildirərək, bu müqəddəs məkana hörmətlə yanaşılmasının vacibliyini vurğulayıb.
Onlarla sionist dünən təhrik edici hərəkətə əl ataraq, Babül-Müğaribə səmtindən Əl-Əqsa məscidinə daxil olublar və eyni zamanda sionist hərbçilər məscidin ətraf ərazisində təhlükəsizlik tədbirləri görüblər.