DünyaXƏBƏRLƏR

Çində 19 uyğur həbs olunub

Çin rəsmiləri Sin Cianqda 19 uyğurun həbs olunduğunu bildiriblər.

Çinin ədliyyə rəsmiləri yeni repressiya hərəkətlərində bu şəxsləri irqi və dini ifratçılıq hərəkətlərinə görə 6 il həbsə məhkum ediblər.

Bu 19 uyğurdan biri istisna olmaqla, Sin Cianqın uyğur məntəqəsinin sakinləri, 8 nəfəri isə qədim ipək yolu yaxınlığındakı Kaşqarın sakinidir.

Pekin tərəfindən mədəni, dil və məzhəb məhdudiyyətlərinin yaradılması elə qədim zamanlardan Çin hökuməti ilə bu məntəqə sakinləri arasında çoxlu gərginliklərə səbəb olmuşdur.

Bu elə bir haldadır ki, Çin hökumət rəsmiləri iddia edirlər ki, Sin Cianq uyğurları çoxlu azadlıqlara malikdirlər.

Bir çox insan haqları qrupları Çin rəsmilərinin Sin Cianq sakinlərinə qarşı hədələrinin artdığını tənqid edirlər.

Orta Asiya, Hindistan və Pakistanla sərhəd olan bu məntəqə son illərdə çoxlu etnik toqquşmaların şahidi olmuşdur.

Cari ilin aprel ayında da polis qüvvələrinin Kaşqarda uyğurlarla toqquşmalarında 21 nəfər həlak olub.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu