İranXƏBƏRLƏR

Nüvə məsələsində “uduş-uduş” prinsipi izlənilməlidir

Prezident deyib: Nüvə məsələsində oyunun sonu “uduş-uduş” olmalıdır və uduş-qələbə mənası olmayan bir sonluqdur.

Cənab Ruhani televiziya vasitəsilə İran xalqı ilə ilk söhbətində ilk proqramlardan birinin Nyu-Yorkda 5+1 Qrupu ölkələri ilə dialoqun təşkil edilməsinin olması barədə verilən sualı belə cavablandırıb: Əlbəttə, onlar müzakirələrin başlanmasını istəyirlər və buna hazırlıq işlərinə artıq start vermişik.

Prezident əlavə edib: Nüvə sahəsində digər addımlar da atılıb və 5+1 Qrupu habelə, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik ilə danışıqlara tam hazırıq.

Cənab Ruhani danışıqların hansı formatda aparılacağı barədə suala gəlincə deyib: İran İslam Respublikasının nəzərdə tutduğu format NPT müqaviləsi və beynəlxalq qaydalar əsasında təyin olunmuş hüquqlarının tanınmasıdır və heç kəs İran xalqını öz qanuni haqqından məhrum edə bilməz.

O, daha sonra deyib: Xalqın başlıca hüquqlarından biri Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin nəzarəti və beynəlxalq qaydalar əsasında öz ölkəsində uranın zənginləşdirilməsi prosesinə malik olmasıdır. Bu arada əgər hansısa ölkə bu fəaliyyətlərin sülhməramlı olması ilə bağlı hansısa şübhələrə malikdirsə, onların nigaranlıqlarını ardan qaldırmağa hazırıq.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu