DünyaXƏBƏRLƏR

Nüvə tərksilahı barəsində İranın təklif etdiyi qətnamə təsdiqlənib

BMT Baş Assambleyasının Tərksilah və Beynəlxalq Təhlükəsizlik komitəsi nüvə tərksilahı barəsində İranın təklif etdiyi qətnaməni təsdiqləyib.

İran İslam Respublikasının BMT-dəki nümayəndəliyi bu komitənin son iclasında bu qətnamənin ilkin mətnini təqdim edib. ABŞ və sionist rejim, eləcə də bəzi qərb ölkələrinin müxalifətinə baxmayaraq qətnamə 113 lehinə və 7 əleyhinə səslə təsdiqlənib.
Bu qətnamə ötən 10 ildə 6-cı dəfə olaraq İran tərəfindən təqdim olunub və təsdiqlənib və atom silahına malik ölkələrdən istəyir ki, şəffaflıq prinsipləri, geriyə dönüşün olmaması və beynəlxalq nəzarətə əsasən öz atom silahları cəbbəxanalarını tam məhv etməyə dair öhdəliklərinin icrası üçün lazımi addımları sürətləndirsinlər.
1970-ci ildən icra olunan Nüvə Silahlarının Yayılmamasına dair Sazişə əsasən atom silahlarına malik bütün dövlətlər atom silahlarını tam şəkildə məhv etməyə dair öhdəlik götürdülər.
Bundan əlavə, onlar hüquqi cəhətdən öhdəlik götürüblər ki, yeni atom silahını istehsalı üçün istənilən addımdan çəkinməli, üstəlik belə növ silahların digər ölkələrə köçürülməsi, öz ərazisindən kənarda yerləşdirilməsi və atom silahının istehsalı üçün digər dövlətlərlə əməkdaşlıq etməkdən çəkinməlidirlər.
Atom silahlarına malik dövlətlər hüquqi öhdəliklərinə on illərlə sadiq qalmadıqdan sonra, 1995, 2000 və 2010-cu illərdə Nüvə Silahlarının Yayılmamasına dair Sazişə yenidən baxış konfranslarının yekun sənədləri çərçivəsində bir daha atom silahlarının məhvi üçün praktiki addımları atmaq üzrə öhdəlik götürüblər.
İranın təklif etdiyi və təsdiqlənən qətnamənin bir hissəsində atom silahları olmayan Yaxın Şərqin yaradılması barəsində 1995-ci il konfransının qətnaməsinin icrası vurğulanıb. Atom silahları olmayan Yaxın Şərq barəsində 1995-ci il qətnaməsi sionist rejimin Nüvə Silahlarının Yayılmamasına dair Sazişə qoşulması və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə öz nüvə obyektlərinə nəzarət icazə verməsini istəyir. ABŞ, Fransa, İngiltərə, sionist İsrail rejimi və onların bəzi müttəfiqləri İranın təklif etdiyi qətnamənin bu məsələni vurğuladığını nəzərə alaraq qətnamənin əleyhinə səs veriblər.
İranın təklif etdiyi təsdiqlənən qətnamədə həmçinin atom silahları olmayan ölkələrə qarşı atom silahlarından istifadə və yaxud təhdidin olmamasına dair onların təhlükəsizliyinə zəmanətin verilməsinin vacibliyi vurğulanıb.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu