İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət komissiyasının üzvü atom silahlını İranın regiondakı nüfuzu ilə mübarizə aparmaq üçün qərb tərəfindən irəli sürülən bəhanə adlandırıb.
Höccətullah Suri Məclis Agentliyi ilə müsahibədə İranın öz nüvə hüququndan geri çəkilməsinin qeyri-mümkün olduğunu bildirərək söyləyib: İranın nüvə fəaliyyəti qərb üçün yalnız bəhanədir ki, İslam Respublikasının regiondakı mənəvi nüfuzu ilə mübarizə aparsın.
Suri qərblilərin və Atom Enerjisi üzrə Beynəlxalq Agentlik rəsmilərinin İranın bütün nüvə fəaliyyətləri barəsində şəffaf şəkildə məlumatlı olduqlarını bəyan edərək deyib: İran İslam Respublikası Nüvə Silahlarının Yayılmamasına dair Sazişin üzvü olaraq nüvə enerjisindən sülhməramlı şəkildə istifadə etmək haqqına malikdir.
Suri qərblilərin İranla probleminin nüvə məsələləri olmadığını söyləyərək əlavə edib: Onların İranla problemi geniş səviyyədə, eləcə də İran İslam Respublikasının nüfuzu, şiə ideologiyasının qüdrəti və islam quruluşunun Yaxın Şərq regiondakı qüdrətidir.
Höccətullah Suri həmçinin İranın Almatıda keçiriləcək 2-ci nüvə müzakirələrində heç bir vəchlə öz nüvə hüququndan geri çəkilməyəcəyini qeyd edərək deyib: İslam Respublikasının sülhməramlı nüvə enerjisini əldə etməsi inanclı gənclərin səy və fəaliyyətlərinin töhfəsidir.
İran İslam Respublikası ilə “Altılar” qrupu arasında Almatıda keçiriləcək 2-ci nüvə müzakirələri aprel ayının əvvəllərində baş tutmalıdır.
İran İslam Respublikası dəfələrlə bildirib ki, öz nüvə hüququndan heç bir şəraitdə vaz keçməyəcək.