Gənclərin muhakimələri!
Bu gün Bakıda qurup olaraq həbs olunmuş ictimai-siyasi gənc fəalların məhkəməsi olub.
Məhbus gənc jurnalist və hüquqmüdafiəçisi Pərviz Həşimli Milli Təhlükəsizlik Nazirliyindən məhkəməyə başı torbalı gətirildi.
Vəkil Elçin Sadıqov bildirdi ki, P.Həşimli məhkəməyə gətirilərkən qeyri-insani davranışa məruz qalıb. Onun başına torba keçirilib, habelə maşından düşəndən sonra “Sonda demokratiya qalib gələcək!” şüarını səsləndirdiyi üçün MTN əməkdaşlarının təzyiqinə məruz qalıb: “Onun qollarını burub, qoynundan sıxıb danışmasına imkan verməyiblər. Həm də Pərviz Həşimli məhkəməyə gətirilən zaman prosesdə edəcəyi çıxışı əlindən alınıb. Mən də sonuncu dəfə onunla görüşəndə apardığım qeydlər məndən alınmışdı. Buna görə də biz məhkəmədən prosesə hazırlaşmaq üçün vaxt istədik. Amma vəsatətimiz təmin olunmadı. Bu səbəbədən də prosesdə mən və Pərviz Həşimli susduq, heç nə danışmadıq”.
Həmçinin bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Nida” və “Azad Gənclik” üzvlərinin mühakiməsinin ittiham aktı oxunub.
Vəkil Nemət Kərimli deyib ki, məhkəmənin böyük zalda keçirilməsi və sübutların araşdırılması ilə bağlı vəsatətlər veriblər, amma təmin olunmayıb.
Bu ilin mart-aprel aylarında tutulan “Nida”çıları Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi qanunsuz olaraq partlayıcı maddə əldə etmə, kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə cəhdində günahlandırır. İstintaqın iddiasına görə, gənclər Məmməd Əzizov, Bəxtiyar Quliyev, Şahin Novruzlu, Rəşadət Axundov, Üzeyir Məmmədli, Rəşad Həsənov, Zaur Qurbanlı martın 10-da Bakıda kütləvi aksiya zamanı “Molotov kokteyli”ndən istifadəyə hazırlaşırmışlar. Gənclərin bir neçəsinə qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama ittihamı da verilib.
Həmçinin Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azadxəbər saytının baş redaktoru Nicat Əliyev və onunla birlikdə təqsirləndirilən Nəsirov Elvin, Camalov Qorxmaz, Hüseynov Elimxan, Hüseynov Samir, Tofiqi Emin, Məmmədov Səfər, Əliyev Əlinin növbəti məhkəmə iclası keçirilib. Bu dindar məhbuslar qey-parad pozqunluğuna etirazlarına görə həbs olunublar.