Sentyabrın 12-də ABŞ səfiri Riçard Morninqstar Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasında sədr Məzahir Pənahovla görüşdə prezident seçkisinin hazırkı mərhələsində görülən işlər və planlarla maraqlanıb.
Namizədlərin qeydə alınması prosesinin yekunlaşmaq üzrə olduğunu qeyd edən sədr sentyabrın 16-dan seçkiqabağı təşviqat kampaniyasına start veriləcəyini diqqətə çatdırıb.
Xəbəri Mərkəzi Seçki Komissiyası Katibliyinin media və ictimai əlaqələr şöbəsi yayıb.