
XƏBƏRLƏR
Dəməşq əhalisi müqəddəs məkanlara hörmətsizliyi pisləyiblər
Dəməşq əhalisi Həzrət Zeynəb(s.)in Pak Məqbərəsinə doğru yürüş keçirərək, silahlı terrorçular və qruplaşmaların bu müqəddəs məkana hücum və hörmətsizliklərini pisləyiblər.
Əhli-Beyt(ə.)-ı sevənlərdən bir qrupu bazar günü Dəməşqdə Həzrət Zeynəb(s.)ın Pak Məqbərəsinə tərəf yürüş keçirib, bu müqəddəs məkana hörmətsizliyin edilməsini qınayıblar. Yürüş iştirakçıları Həzrət Zeynəb(s.)ın Pak Məqbərəsini ziyarət haqlarından vaz keçməyəcəklərini bildiriblər.
Suriyada gərginliklərin başlanmasından bəri Dəməşqdə yerləşən Həzrət Zeynəb(s.)ın Pak Məqbərəsi dəfələrlə terrorçu qruplaşmalar və silahlılar tərəfindən hücuma məruz edilib.
